"Azərbaycan komandasının Azərbaycanla bağlılığı yoxdur" - Xorvat məşqçi

Sportarena.az      30 Yanvar 2018, 16:09

Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Mato Stankoviç DÇ-2020-nin elit raundunda Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

 

Sportarena.az xəbər verir ki,  o, Xorvatiya Futzal Federasiyasının saytına açıqlamasında deyib:

 

"Belə çətin qarşılaşma gözləyirdik. Futzalda hər kəs bilir ki, Azərbaycan komandasının Azərbaycanla heç bir bağlılığı yoxdur. Heyət əsasən Azərbaycan, İran və braziliyalı futzalçılardan ibarətdir. Ona görə də belə çətin duel olacağını bilirdik. Keyfiyyətli oynadıq və layiqli qələbə qazandıq. Azərbaycanın nə vaxtsa meydanı qol vurmadan tərk edib-etmədiyini bilmirəm, amma bütün oyun bizim nəzarətimizdə keçdi".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin