Joze Alesio Da Silva: "Bizim üçün önəmli olan Slovakiyanı yenməkdi"

Sportarena.az      31 Yanvar 2018, 10:05

DÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Rusiya yığmasını məğlub edən Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni şərh edib:


"Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi. Səhər-səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq.Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artıqdır. Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım.Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya-Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin