Avropa çempionumuz həyat yoldaşı ilə tətildə - FOTOLAR

13:49 31 Yanvar 2020

Avropa çempionu Hidayət Heydərov həyat yoldaşı ilə "Bal ayı”na yollanıb.

 

Sportarena.az xəbər verir ki, ötən ilin sonu Leyla adlı xanımla evlənən idmançı tətil üçün Dubayı seçib.O, Leyla ilə görüntülərini sosial şəbəkədə paylaşıb.

 

Qeyd edək ki, cütlüyün toyu 2019-cu ilin dekabrın 28-də baş tutub. Məclisdə Xalq artisti Röya Ayxan, Əməkdar artist Abbas Bağırov və başqa sənətçilər çıxış edib.

 

Onu da bildirək ki, 22 yaşlı H.Heydərov 2017-ci ildə Avropa çempionu, 2018-ci ildə isə dünya üçüncüsü seçilib.



Digər xəbərlər

Xəbər xətti