Gəlin köçdüyü əyalətin klubunun prezidenti oldu - FOTOLAR

Sportarena.az      31 Yanvar 2018, 14:26

Türkiyənin Bolu əyalətini təmsil edən “Göynük Belediyespor” klubunun yeni prezidenti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı Ayşe Aydın klubun rəhbəri təyin edilib. Ayşe Aydın 10 il əvvəl Boluya gəlin köçüb. Hazırda 3 övladı var və bizneslə məşğuldur. O, bu klubla yüksək hədəflərinin olduğunu bildirib. 

 

Ayşe Aydının restoranları var və Boluda ilk qadın klub prezidentidir. O, bu görəvə görə çox sevindiyini deyib: “Mən Göynükdə gəlinəm. “Göynük Belediyespor” prezidenti olduğuma görə çox sevinirəm. Bir qadın prezidentlə yola davam etməyin futbolçulara və texniki heyətə təsirini görməmək mümkün deyil. Mən də onlar qədər həyəcanlıyam. Çox yaxşı işlər bacaracağımızı bilirəm. Komandamız gənclərdən qurulub və bu bir avantajdır. “Boluspor”dan aldığımız futbolçular var. Bir tərəfdən də onların pilot komandası kimi çalışacağıq”.

 

Aydın əvvəllər də futbolla maraqlandığını sözlərinə əlavə edib: “Əvvəllər də futbolla maraqlanmışam və “Boluspor”u yaxından maraqlanırdım. Matçlara tez-tez getməyə çalışırdım. Qadın əlinin dəydiyi hər yerdə çiçəklər, güllər açır. Türkiyədə ikinci qadın prezidentəm. İlk qadın prezident “Kayserispor”un prezidenti Berna Gözbaşıdır. Günü-gündən sayımız artacaq. 3 övladım var. Öncəliklə mən bir anayam və analar əsla yorulmaz. Daha yaxşı işlər bacaracağam”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin