Millimizin sabiq futbolçusu vəfat etdi

Sportarena.az      3 Fevral 2020 , 08:51

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu, Novorossiyskin “Çernomorets” klubunun oyunçusu (1992-2005) Lev Mayorov 51 yaşında dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Bakıya gəlməyə hazırlaşan Mayorovun qəfil ölümü sarsıdıcı olub. Futbolçunun ölüm səbəbi bilinmir. Klub Lev Mayorovun doğmalarına və yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, 1969-cu ildə Bakıda anadan olan Mayorov “Neftçi” komandasının yetirməsi olub. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin