“Fənərbağça” “Qarabağ”ın istədiyi futbolçunu heyətdən kənarlaşdırdı

Sportarena.az      5 Fevral 2018, 11:50

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Alper Potuku heyətdən kənarlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin adını mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıya daxil etməyib.

 

Qeyd edək ki, Alper Potukun xidmətində son Azərbaycan çempionu "Qarabağ" da maraqlıdır. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da futbolçu ilə danışıqlar aparıldığını təsdiqləmişdi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin