Xalq artisti idman zalındakı məşqi ilə gündəmə damğa vurdu - VİDEO

13:25 5 Fevral 2020

Xalq artisti Tünzalə Ağayevanın idman zalında lentə alınan görüntüləri müzakirələrə səbəb olub.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, aktiv şəkildə idmanla, xüsüsilə pilateslə məşğul olan sənətçi idman qurğusunun üzərinə çıxaraq, ayaqları ilə ombasını sağa və sola hərəkət etdirib.

 

Onun sosial media hesabında bu paylaşımı izləyicilərin marağına səbəb olub. Onlar T.Ağayevanın daha da cavanlaşdığını və illərə meydan oxuduğunu yazıblar. Yayımlanan videoya üç saat ərzində iyirmi bir min izləmə gəlib.

 

Qeyd edək ki, son günlər imici və görünüşü ilə diqqətləri üzərinə çəkən Xalq artistinin sürətlə arıqlması söz-söhbətə səbəb olub. Onun plastik əməliyyat yolu ilə arıqladığı iddia olunur.

 

T.Ağayeva həftələr öncə Oxu.az-a açıqlamasında plastik əməliyyat keçirmədiyini, yalnız intensiv məşqlər və sağlam həyat tərzi sürərək arıqladığını dilə gətirmişdi.

 

 


Digər xəbərlər

Xəbər xətti