Abdulbari Gözəl: "Futbolçular "Qarabağ"a gələndə iki dəfə artıq pul istəyirlər"

13:44 6 Fevral 2020

"İndi istədiyimiz oyunçunu tapa bilmədik". 

 

Sportarena.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Qarabağ"ın prezidenti Abdulbari Gözəl qış fasiləsində cəmi bir transferlə kifayətlənmələrinin səbəbini açıqlayarkən deyib.

 

O, transferlərlə bağlı bütün səlahiyyətləri baş məşqçi Qurban Qurbanova verdiklərini bildirib: "Biz Qurban bəyə səlahiyyət vermişik. Onun ixtiyarı tamdır. Yəni istədiyi oyunçunu ala bilər. Biz onun qarşısına heç bir məhdudiyyət qoymamışıq. Demək, Qurban bəy o qədər məsləhət görüb. Vallah, mən transfer məsələlərinə qarışmıram, özü baxır. Biz ona tam səlahiyyət vermişik". 

 

Abdulbari Gözəl legionerlərin "Qarabağ"a transfer olunmaları qarşılığında yüksək şərtlər irəli sürdüklərini də söyləyib: "Nəsə oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər. Onlar üstünlük verirlər ki, Avropa kuboklarında oynasınlar. Hələ "Qarabağ"ın adı var. Bəzi oyunçular gəlir, çünki Avropa kuboklarına vəsiqə qazanırıq". 


Digər xəbərlər

Xəbər xətti