Ermənilərin klubu Rusiya çempionatından kənarlaşdırıldı

14:56 6 Fevral 2020

Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin bürosu ermənilərin Moskvada yaratdığı "Ararat" klubunu Peşəkar Futbol Liqasından uzaqlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, lisenziyalaşdırma üzrə komissiya "Ararat"ın lisenziyasını geri çağırıb.

 

Qeyd edək ki, komanda 2017-ci ildə Moskvadakı erməni gənclər birliyinin dəstəyi ilə yaradılıb. "Ararat" ötən mövsüm mərkəzi liqada çempion olsa da, I Diviziona vəsiqə qazanmayıb.


Xəbər xətti