Karateçilərimizdən rekord nəticə - FOTOLAR

Sportarena.az      10 Fevral 2018, 11:34

Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.

 

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komanda ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

 

Xatırladaq ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

 

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, şəxsi məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin