Sevgilisindən Ronaldo ilə bağlı ilginc etiraflar: "İlk dəfə titrəyirdim"

Sportarena.az      10 Fevral 2018, 19:00

Kriştiano Ronaldonun sevgilisi Ceorcina Rodriges maraqlı etiraflar edib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı model İtaliyanın "Grazia" dərgisinə müsahibəsində ulduz futbolçu ilə "Dolce&Gabbana" firmanın keçirdiyi bir tədbirdə tanış olduqlarını bildirib. 

 

Həmin vaxt "Gucci"də satış meneceri işləyən Rodriges Ronaldonu ilk dəfə gördüyü zaman titrədiyini bildirib: "Diqqətimi çəkən ilk şey boyu, vücudu və özünə baxımı idi. Onu görəndə titrəyirdim, amma aramızda bir elektriklənmə baş vermişdi. Çox utancaq idim və bu vəziyyət məni üzürdü. Amma Kriştiano bir baxışı ilə mənə dərindən toxunmuşdu. Bundan sonra davranışı, məni sevməsi və maraqlanması, hər şeyi unutdurdu". 

 

Model bildirib ki, futbol matçı izləyərkən onu həyacanlandıran yeganə şey Ronaldodu: "Bir oyunda məni həyacanlandıra biləcək yeganə insan Ronaldodu. Bütün zamanların ən yaxşı futbolçusunun sevgilisi olduğum üçün çox şanslıyam. Kriştiano meydanda olduğu zaman içimdə saysız-hesabsız hisslər yaranır. Onun rəqibi yoxdu".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin