AFFA rəhbərliyi Abdullah Avcı ilə görüşüb

Sportarena.az      11 Fevral 2018, 14:20

“Beşiktaş”ın sabiq baş məşqçisi Abdullah Avcı karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” nəşri məlumat yayıb.Məlumatda bildirilir ki, AFFA Abdullah Avcı ilə dünən görüş keçirib. Federasiya rəhbərliyi 56 yaşlı mütəxəssisi milli komandamızın başına gətirmək istəyir. Avcı isə hələlik təklifi qəbul etməyib. Onun yaxın günlərdə qərar verəcəyi bildirilir.

 

Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-13- cü illərdə Türkiyə millisini çalışdırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin