"Qarabağ"ın sabiq futbolçusu Ukrayna klubunda

18:55 11 Fevral 2020

“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotskinin yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı qolkiper ölkəsinin "Karpatı" klubuna transfer olunub. Bu barədə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. 31 yaşlı qapıçı ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, A.Kanibolotski 2017/18 mövsümündə "Qarabağ"da oynayıb. Onun son klubu  Polşanın yüksək liqa təmsilçisi "Medz" olub.


Digər xəbərlər

Xəbər xətti