"Qəbələ" afrikalı legioneri ilə yolları ayırdı

15:16 13 Fevral 2020

"Qəbələ" klubu kot d ivuarlı futbolçu Kristian Kuaku ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan Kristian Kuaku ilə 1+1 illik müqavilə bağlanmışdı (Report).


Digər xəbərlər

Xəbər xətti