"Səbail" Konqo millisinin üzvü ilə müqavilə bağladı

Sportarena.az      13 Fevral 2020 , 12:40

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Mabidi son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien"in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin