Ulduz futbolçunun avtomobilini oğurladılar

17:00 13 Fevral 2020

Braziliyanın “San-Paulu” klubunda çıxış edən ulduz futbolçu Daniel Alveşin avtomobili oğurlanıb.

 

Sportarena.az xəbər verir ki,bu barədə Braziliya mətbuatı məlumat yayıb.Avtomobilini duracaqda saxlayan Alveş, geri qayıdarkən maşının yerində olmadığını görüb. Məsələ ilə bağlı araşdırma aparan yerli polis, oğruların duracağa nəzarət edən mühafizəçini təhdid edərək, Alveşin maşınını oğurladıqlarını bildirib.

 

Karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus” və PSJ kimi klublarda çıxış edən Alveş, 2019-cu ilin yayından “San-Paulu”nun formasını geyinir.


Xəbər xətti