İngiltərə millisinin nümayəndələri Bakıda - FOTOLAR

Sportarena.az      13 Fevral 2018, 19:21

Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

 


Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın meneceri Stuart Brown, səyahət meneceri Kelly Brown, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Lewisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, Bakcell Arenaya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.
 

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var. Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin