"Sabah" Ramil Şeydayevi transfer edir?

01:47 17 Fevral 2020

"Sabah" yeni transfer etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Sabah" sosial şəbəkələrdə etdiyi paylaşımda "o, sabah gəlir" deyə qeyd olunub.Transfer anonsunda futbolçunun xüsusiyyətləri arasında əzmkar, mübariz, möhkəm, iradəli, çevik, inadkar, sürətli, sərrast kimi ifadələr yer verilib. Bu səbəbdən yeni transferin hücumçu olacağı gözlənilir.
 

Bu futbolçunun millimizin hücumçusu Ramil Şeydayev olacağı ehtimal olunur. Anonsda yer alan 9, 90, 11 nömrələrin onun geyindiyi forma nömrələri olduğu düşünülür. Hazırda azad agent statusu daşıyan Ramilin son klubu Moskva "Dinamo"su olub.


Digər xəbərlər

Xəbər xətti