Güləşçilərimizin ermənilər üzərində darmadağını... - VİDEO

16:11 17 Fevral 2020

İtaliyada keçirilən güləş üzrə Avropa çempionatı yığma komandamız üçün uğurlu oldu.

 

Sportarena.az xəbər verir ki, idmançılarımız Romada bir çox göstəricilərdə rekordlara imza atdılar.Həm Yunan-Roma, həm sərbəst güləşçilərimiz komanda hesabında qitənin ikincisi oldular.

 

Avropa çempionatında ən çox diqqətçəkən məqam isə azərbaycanlı və erməni idmançıları arasında 7 görüşün keçirilməsi idi. Komandamız bu qarşılaşmalarda böyük üstünlük qazandı. Güləşçilərimiz 7 görüşün 6-da meydanı qalib tərk etdi.

 

İlk olaraq mübarizəyə Yunan-Roma güləşçiləri başladı.

77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov ermənistanlı Karapet Çalyanı məğlub etdi. Bu görüş yarımfinalda keçirildi və Süleymanov finala adladı

55 kq çəki dərəcəsində Eldəniz Əzizli ¼ finalda Ermənistan təmsilçisi Rudik Mkrtçyanı məğlub etdi

130 kq-da Sabah Şəriəti David Ovasapyandan üstün oldu

 

Sərbəst güləşçilərimiz də ermənilərlə mübarizədən qalib ayrıldı.

70 kq çəkidə Ağahüseyn Mustafayevin erməni üzərində qələbəsi möhtəşəm anlarla yadda qaldı. Əvvəlcə rəqib qarşılaşmada 8:0-lıq üstünlük qazandı. Lakin möhtəşəm əzmkarlıq göstərən idmançımız 15:8 hesabı ilə görüşü qalib başa vurmağı bacardı.

79 kq çəkidə Cəbrayıl Həsənov Arman Avakyanla üzə-üzə gəldi. İdmançımız görüşü 8:4 hesablı üstünlüklə başa vuraraq yarımfinala adladı.  

Cəmaləddin Məhəmmədov da (125 kq) bürünc medal uğrunda dueldə Ermənistan təmsilçisi Levan Berianidzeni məğlub edib.

 

 


Digər xəbərlər

Xəbər xətti