Ən azı 7 klubda qol vuran 12-ci futbolçu

Sportarena.az      17 Fevral 2018, 16:30

Azərbaycan Premyer Liqasının XVII turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub. 

 

Sportarena.az xəbər verir ki, qış fasiləsində "Səbail”ə keçən hücumçu "Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında "Neftçi”də də fərqlənmişdi.

 

Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard "Qarabağ”, "Bakı”, "Xəzər Lənkəran”, "Keşlə” və "Qəbələ”də bunu bacarıb.

 

"Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudu. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin