Reynaldo rəsmən "Dinamo"da

18:24 17 Fevral 2020

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva Gürcüstanın "Dinamo" klubu ilə müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu Batumi təmsilçisi ilə 1 illik sözləşməyə qol çəkib. Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, ötən il qış transfer pəncərəsində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna - yayadək komandada çıxış etmişdi.


Digər xəbərlər

Xəbər xətti