Şeydayev Rəşad Sadıqovu millinin baş məşqçisi kimi görmək istəyir - VİDEO

Sportarena.az      18 Fevral 2018, 12:24

Azərbaycan yığmasının və “Sabah”ın hücumçusu Ramil Şeydayev İTV-də yayımlanan “Bol idman” verilişin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, forvard “baş məşqçi kimi görmək istəyirsiniz” sualına da cavab verib.

 

O, Rəşad Sadıqovu bu postda görmək istədiyini bildirib: “Rəşad karyeranı bitir, milliyə gəl (gülür)... Mən onu millidə görmək istəyərəm. İnanıram ki, bu iş gələcəkdə onda alınar. Mən onunla millidə və “Qarabağ”da oynamışam. Onun məşqşi kimi üstünlüyü müasir futbola yanaşmasıdır. Azərbaycanda bir çox məşqçi köhnə dövrdə oynayıb. Onlar üçün indi çətindir. Rəşad isə gənc məşqçidir, komandasına müasir futbolu oynada bilər. Şəxsi fikrim belədir ki, o, yaxşı mütəxəssis ola bilər. Çoxları düşünür ki, onun millidə komandalarda təcrübəsi yoxdur. Əgər hətta indi gəlsə - düzdür, indi gələ bilməz, çünki oynayır – amma 2 il sonra gəlsə, onda yaxşı alınar”.

 

Həmin görüntülərə 34.35-ci dəqiqədən başlayaraq 39.00-cı dəqiqəyə qədər olan hissədə baxa bilərsiniz.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin