AFFA-dan Cavid Hüseynova sərt cəza

Sportarena.az      18 Fevral 2018, 14:31

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:


Premyer Liqanın XVII turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 21 nömrəli futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

 

Premyer Liqanın XVII turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

 

Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;

 

Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klub 800 manat cərimə olunur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin