"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarına başladı - FOTOLAR

23:19 18 Fevral 2020

"Qarabağ" Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"la keçirəcəkləri matçın hazırlıqlarına start verib.

 

Sportarena.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün ilk məşqinə çıxıb. Məşq klubun bazasında keçirilib.

 

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" görüşü fevralın 23-ü 18:00-da başlayacaq.



Xəbər xətti