Holand 4 futbolçuya şərik çıxdı

14:20 19 Fevral 2020

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində evdə PSJ-ni 2:1 hesabı ilə məğlub edən “Borussiya”nın hücumçusu Erlinq Holand rekorda nail olub.

 

Sportarena.az xəbər verir ki, dublla komandasına qələbə qazandıran norveçli hücumçu ÇL-də debüt mövsümündə 10-cu qolunu vurub. Daha öncə Jüst Fonten (“Reyms”, 1958/59), Klaudio Sulseru (“Qrasshoppers”, 1978/79), Roberto Firmino (“Liverpul”, 2017/18) və Sadio Mane (“Liverpul”, 2017/18) bir mövsümdə 10 qol vurmuşdular.
 

Holand 4 futbolçudan fərqli olaraq, 2 klubda buna müvəffəq olub. O, mövsümün ilk yarısı “Zalsburq”un heyətində ÇL-də 6 oyunda 8 qol vurmuşdu.


Xəbər xətti