“Yuventus”dan ildə 28 milyon avro qazanan Kristiano Ronaldonun sevgilisi Corcina Rodriqezə verdiyi aylıq xərcin məbləği bəlli olub.
Sportarena.az xəbər verir ki, futbolçu 3 yaşlı qızı Alana Martinanın anasına lüks həyatı üçün ayda 105 min dollar verir. 26 yaşlı model eyni zamanda Ronaldonun surroqat ana vasitəsilə dünyaya gələn digər 3 övladına da baxır.
Corcina bu yaxınlarda Ronaldoya ad günü hədiyyəsi olaraq “Mercedes” markalı avtomobil hədiyyə etmişdi.