“Barselona”dan yeni transfer

15:11 20 Fevral 2020

“Barselona” yeni transferini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, katalonlar “Leqanes”in hücumçusu Martin Breytveyti transfer edib. 28 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.Bu keçid “Barselona” 18 milyon avroya başa gəlib. Danimarka millisinin üzvünün sərbəst qalma dəyəri 300 milyon avro müəyyənləşdirilib.

 
Breytvey bu mövsüm La Liqada 24 oyunda 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti