Şahmatçımızdan daha bir heç-heçə

11:05 21 Fevral 2020

Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat festivalında səkkizinci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abbasov növbəti turda da xalları yarı bölüb. O, səkkizinci turda yerli idmançı Lukas Çernousek ilə qarşılaşıb.

 

Səkkiz turdan sonra şahmatçımızın aktivində 4,5 xal var.


Xəbər xətti