Yüksək Liqada 15-ci turun oyunları başa çatıb

Sportarena.az      21 Fevral 2020 , 13:45

Futzal üzrə Yüksək Liqada 15-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matçında “Premier” (Quba) “Xızı Futzal”la üz-üzə gəlib. 17 qolun qeydə alındığı oyunda “Xızı Futzal” qələbə qazanıb. “Neftçi” isə “Bakı” ilə görüşdə inamlı qələbəyə sevinib.

 

Turun mərkəzi oyununda lider “Araz” ən yaxın izləyicisi olan “Marafon”la qarşılaşıb. Oyun gözlənildiyi kimi gərgin keçib. İlk yarıda qapılara qol vurulmayıb. 25-ci dəqiqədə “Marafon” meydanda azlıqda qalıb. Bundan istifadə edən “Araz”dan İsanın zərbəsi qarşısıalınmaz olub. Oyun bərpa olunsa da, baş məşqçi Elşad Quliyevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması görüşün yarıdaq dayandırılmasına səbəb olub. Belə ki, oyunun 26:09 dəqiqəsində referilər “Marafon”un hakimin qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb. Halbuki hakim görüşün dayandırıldığını bildirən fiti səsləndirən zaman meydanda “Marafon”un yetərsay qədər oyunçusu var idi. Sonrakı dəqiqədə “Marafon” oyunu davam etdirmək istəsə də, “Araz” hakimlərin matçı bitirdiyini əsas gətirərək meydana geri dönməkdən imtina etdi. Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək. Hakimlər oyunun dayandırılması ilə bağlı qərar verən zaman vəziyyəti düzgün qiymətləndirmədiklərini protokolda da qeyd ediblər.

 

“Baku Fire” EKOL-la görüşdə məğlub olubsa, autsayderlərin duelində “Record club” “Yasamal”dan güclü olub.

 

Premier (Quba) – Xızı Futzal (4:5) 8:9

Qollar: Vüqar  Asalıyev, 09:53, 31:51, 32:57, Qulu Rzayev, 10:49, 39:57, Oqtay Orucov, 16:57, 30:40, Habil Nurəhmədov, 17:42 // Aydın Qasımov, 02:22, 03:42, Firudin Ağalarov, 14:49, 36:27, Cavad Hacıyev, 16:25 (ö/q), Qərib İbrahimov, 18:42, 25:59, Xəyal Quliyev, 21:37, Elnur Soltanlı, 32:38

 

 

Neftçi İK – Bakı TFK (2:0) 7:1

Qollar: Elçin Zeynalov, 02:43, 22:06, İlham Allahverdiyev, 17:58 (ö/q), Adil İsmayılov, 25:47, Əjdər Əjdərov, 26:09, Vahib Xocayev, 30:20, Tofiq Hüseynov, 38:25 // Məhəmməd Xəlilov, 28:22

 

Marafon FK – Araz (0:0) 0:1 (oyun başa çatmayıb)

Qollar: İsa Atayev, 25:34

 

EKOL – Baku Fire (1:0) 7:2

Qollar: Namiq Məmmədkərimov, 15:55, 28:02, 28:36, Oktay  Rüstəmli, 20:36, Fərid Atakişiyev, 30:47, Fərid Ələkbərov, 35:16, Əsgər Abasov, 35:38 // Elşən Zərbəliyev, 29:25, Rəvan Abdullayev, 33:59

 

Record club – Yasamal İSK (4:2) 6:5

Qollar: Sabir Hacıəliyev, 07:37, Vahid Ansari, 09:57, 12:37, 29:41, Hamed Noroozi, 10:32, Chiya Babakhani, 26:01 // Pərviz Əliyev, 12:02, Majid Kalhori, 18:52, 29:57, 33:43 (pen.), 36:03 (pen.).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin