Mahir Emrelinin valideynləri bir-birlərini məhkəməyə verdi

Sportarena.az      23 Fevral 2018, 16:16

"Qarabağ"ın hücumçusu Mahir Emrelinin valideynləri bir—bilərindən məhkəməyə şikayət edib.

 

Sportarena.az xəbər verir ki, qalmaqallı boşanma hadisəsi ilə gündəmə gələn prosüder Anar Mədətovu keçmiş arvadı Elnurə Mədətova məhkəməyə verib.

 

E.Mədətova Nəsimi rayon məhkəməsində keçmiş əri Anar Mədətova, onun anası Mahirə Quliyevaya qarşı iddia qaldırıb. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

 

Eyni zamanda, Anar Mədətov da məhkəməyə müraciət edərək keçmiş arvadına qarşı iddia qaldırıb. O da əmlakın bölüşdürülməsini istəyib. Nəsimi rayon məhkəməsi hər iki şəxsin iddiasını qismən təmin edib.

 

Lakin prodüser qərardan narazı qalaraq apelyasiya şikayəti verib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə baxılır. Növbəti məhkəmə iclası fevralın 27-də keçiriləcək.

 

Mahir atasının boşanmadan ikinci dəfə digər qadınla evlənməsinə görə ondan imtina edərək, Emreli soyadını götürüb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin