Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci

Sportarena.az      24 Fevral 2018, 11:37

Bakının “Neftçi” klubunun futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, fransalı hücumçu yubiley qoluna XVIII turun “Qəbələ” ilə səfər matçında (2:0) imza atıb. Ölkə çempionatında 2016/17 mövsümündə debüt edən forvard 40-cı qolunu 82-ci matçında vurub.İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən Baqali sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

 

 

mövsüm

   klub                     

oyun

qol

2016/17      

 Qəbələ     

 16                

7

2017/18    

Qəbələ

27

13

2018/19

Neftçi (Bakı)

26

14

2019/20

Neftçi (Bakı)

13

6

Cəmi

2 klub

82

40

 

Dabo Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 58-ci oyunçudur. O, bombardirlər siyahısında Fernando Peres, Junivan Suares, Mehman Allahverdiyev, Samir A. Məmmədov ilə 54-58-ci yerləri bölüşür.


Baqali “Neftçi”nin tarixində Premyer Liqada 20 və daha çox qol vuran 20-ci futbolçudur. O, bu göstəricidə Leonid Kalfaya çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin