“Qalatasaray”dan 21 il sonra Kadıköydə qələbə - FOTOLAR + VİDEO

12:07 24 Fevral 2020

Türkiyə Super Liqasının 23-cü həftəsində “Fənərbaxça”-“Qalatasaray” derbisi baş tutub.

 

Sportarena.az xəbər verir ki, Kadıköydə gərgin keçən oyun 3:1 “Qalatasaray”ın qələbəsi ilə bitib.Oyunda ilk qolu 21-ci dəqiqədə “Fənərbağça” vurub. Maks Kruz penaltini qola çevirib. 39-cu dəqiqədə isə Rayan Donk hesabı bərabərləşdirib.Oyunun 79-cu dəqiqəsində “Qalatsaray” 2:1 (Falkao) önə keçib.

 

Matçın əlavə olunmuş 6-cı dəqiqəsində Onyekuru oyunda son qolu vurub.Derbi 3:1 “sarı qırmızılar”ın qalibiyyəti ilə başa çatıb. Beləliklə, "Qalatasaray" 21 il sonra Kadıköydən 3 xalla ayrılıb. 

 

Qeyd edək ki, derbinin 66-cı dəqiqəsində hakim Halil Umur Meler “Fənərbaxça”nın baş məşqçisi Ersun Yanala qırmızı kart verib. Yanal bundan sonra tribunaya qalxıb.

 

 



Digər xəbərlər

Xəbər xətti