Prezident Iqor Ponomaryovu təltif etdi

Sportarena.az      24 Fevral 2018, 14:08

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqor Anatolyeviç Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilib. 

 

Qeyd edək ki, 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov “Neftçi Bakı” klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli “Norrçyopinq” komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, “Qarabağ” və “Xəzər-Lənkəran”, eləcə də Rusiyanın “Maşuk-KMV” komandalarına rəhbərlik edib.

 

Hazırda “Sabah” klubunuun müşahidə şurasının üzvüdür.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin