Elvin Məmişzadə millinin məşqçisi oldu

Sportarena.az      24 Fevral 2020 , 14:31

Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, sabiq boksçu Elvin Məmişzadəyə yığmamızın böyük məşqçisi vəzifəsi həvalə edilib.Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandamızın düşərgəsinə qoşulub.

 

Qeyd edək ki, E.Məmişzadənin millinin baş məşqçisi ilə problemlər yaşadığı və bu üzdən komandadan uzaqlaşdırıldığı bildirilir.Bundan əlavə Şöhrət" ordeni Pərviz Bağırzadə və Olimpiya mükafatçısı Teymur Məmmədov milli komandadan uzaq düşüb.  Hazırda gənc idmançı T.Məmmədov klubların birində məşqçi kimi fəaliyyət göstərir.

 

Xatırladaq ki, Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin