Rayan Giggz Qurban Qurbanovla görüşdü - FOTOLAR

Sportarena.az      24 Fevral 2018, 15:45

Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giggz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və “Azərsun Arena”da olub.

 

Sportarena.az xəbər verir ki, o, hər iki arena ilə yaxından tanış olub. Giggz ziyarət zamanı “Qarabağ”ın baş meneceri Asif Əsgərovla görüşüb. Ona Ağdam klubunun 11 nömrəli forması hədiyyə olunub.Giggiz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, Giggiz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

 

O, səfər zamanı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin