Qattuzo Messi üçün “qəfəs” hazırlayır

17:22 24 Fevral 2020

Fevralın 25-də “Napoli” Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə ilk qarşılaşmaya çıxacaq.

 

Sportarena.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi “Barselona” üçün bir neçə sürpriz hazırlayıb. Qattuzunun əsas planı “Barsa”nın lideri Lionel Messini zərəsizləşdirməkdir.

 

O, Leo üçün meydanda “qəfəs” yaratmağı düşünür: ““Napoli”nin futbolçuları Messinin olduğu mövqelərdə çoxluq təkil etməlidirlər və onu “qəfəs”ə salmalıdırlar. Onlar Leo ilə “Barsa”nın futbolçuları arasındakı əlaqələri maksimum kəsməyə cəhd göstərməlidirlər”.


Xəbər xətti