Vida mərasimində göz yaşlarını saxlaya bilmədilər - VİDEO

10:33 25 Fevral 2020

Los-Ancelesin (ABŞ) “Staples Center” arenasında ABŞ-ın Milli Basketbol Assosiyasiyasının (MBA) beş qat çempionu Kobi Brayantla vida mərasimi keçirilib.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 30 minə yaxın insanın iştirak etdiyi mərasimdə mərhumun həyat yoldaşı Vanessa çıxış edib. Onu ayaq üstə alqışlarla qarşılayıblar. Brayantla bərabər “Los-Anceles Leykers”in tərkibində altı dəfə MBA çempionu olan Maykl Cordan, eləcə də dörd qat MBA çempionu Şakil O`nil və MBA ulduzu Diana Taurazi də əfsanəvi basketbolçu barədə xatirələrini bölüşüblər. Onlar nitq zamanı göz yaşlarına hakim ola bilməyiblər. 

 

Müğənnilər Beyonse və Kristina Aqilera musiqi kompozisiyaları ilə çıxış ediblər, böyük ekranda isə Brayanatın oyun karyerasının ən yaddaqalan anları nümayiş olunub.

 

Xatırladaq ki, 41 yaşlı Kobi Brayant yanvarın 26-da Kalabasasda (Kaliforniya ştatı, ABŞ) aviaqəzada həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, 13 yaşlı qızı və daha 7 nəfər olub. Onların heç biri sağ qalmayıb.

 

 


Xəbər xətti