"Səbail"in legioneri Bakıda Rayan Giqqzlə görüşdü

Sportarena.az      25 Fevral 2018, 14:31

"Səbail"in futbolçusu Maykl Essyen Bakıda səfərdə olan Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qanalı yarımmüdafiəçi özünün "İnstagram" səhifəsində paylaşım edib.46 yaşlı mütəxəssislə fotosunu paylaşan afrikalı oyunçu bu sözləri yazıb: "Səninlə yenidən qarşılaşmaq əla oldu, Rayan Giqqz".

 

Qeyd edək ki, Giqqz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin