"Qarabağ" - "Sabah" matçında futbolçular arasında kütləvi dava - AFFA cəzalandırdı

Sportarena.az      25 Fevral 2018, 17:19

U-15 Liqasında keçirilən "Qarabağ” - "Sabah” oyunu başa çatdıqdan sonra meydan sahiblərinin futbolçusu İbrahim Hacı və qonaqların oyunçusu Əmirxan Qurbanov arasında dava düşüb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, daha sonra digər futbolçular - Ramin Vəliyev, Nihad Abbasov (hər ikisi "Qarabağ”), Ramin Vəliyev, Nihad Abbasov və Hüseyn Yusubov (hamısı "Sabah") davada iştirak edib. Bu səbəbdən adları qeyd edilən oyunçuların hər biri İntizam Komitəsi (İK) tərəfindən 6 oyunluq cəzalandırılıb.

 

Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən "Qarabağ" komandasına 1 oyunu azarkeşsiz keçirmək cəzası verilib. Eyni zamanda məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi bildirilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin