Rəcəb Tayyib Ərdoğan Bakıdakı oyunları İlham Əliyevlə birgə izləyəcək

20:00 25 Fevral 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli komandasının Bakıda keçirəcəyi Avropa çempionatının oyunlarını canlı izləyəcək.

 

Sportarena.az xəbər verir ki, bu haqda o, bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, bu oyunları birgə izləyəcəklərini söyləyib.

 

Xatırladaq ki, Türkiyə milli komandası “Avro-2020”nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.


Digər xəbərlər

Xəbər xətti