Atletimizdən qızıl medal

Sportarena.az      26 Fevral 2018, 11:08

Fevralın 25-də Azərbaycanın gənc atleti Rüstəm Məmmədov Belarusda keçirilən 20 yaşadək idmançılar arasında “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, idmançımız üç təkanla tullanma növündə 15,83 metr nəticə göstərərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.Turnirdə ölkəmizi Aleksey Əliəkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər.

 

İdmançılarımız turnirdə qaçış (60 m, 400 m, 1500 m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında öz qüvvələrini sınayırlar.

 

Qeyd edək ki, turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin