““Qarabağ”la matçdakı formanı divardan asmışam” - “Arsenal”ın futbolçusu

Sportarena.az      26 Fevral 2018, 11:25

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdiyi oyunu xatırlayıb.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı cinah futbolçusu klubun saytına açıqlamasında həmin görüşü unutmayacağını qeyd edib:
 
 

“Əsas komandasında debütüm ötən il Ukraynada "Vorskla"ya qarşı oldu. Səfərdə oynadığımız üçün ailəm orada olmadı. "Qarabağ"la "Emireyts"dəki matçda isə ailə üzvlərimin hamısı gəlmişdi.  Bu, 17 yaşımın tamamından bir neçə ay sonra oldu.Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərini xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.
 

2018-ci il dekabrın 13-də Londonda keçirilən “Arsenal” - "Qarabağ" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin