Renat Dadaşov 90 dəqiqə oynadı, komandası uduzdu

13:39 26 Fevral 2020

İngiltərə Premyer Liqa kubokunda növbəti oyunlar keçirilib.


 
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası doğma meydanda “Derbi Kaunti”nin U-23 kollektivi ilə üz-üzə gəlib. Görüş “Vulverhempton”un məğlubiyyəti ilə başa çatıb – 1:3.Dadaşov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 
H qrupunda yer alan  “Vulverhempton” 9 xalla ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.  


Digər xəbərlər

Xəbər xətti