Emil Balayev Norveçə getdi – Danışıqlara başlayıb

Sportarena.az      27 Fevral 2018, 14:07

Millimizin qapıçısı Emil Balayev Norveçə yola düşüb.

 

Sportarena.az azerisport.com saytına istinadən xəbər verir ki, o, yerli “Bude-Qlimt” klubu ilə aktiv danışıqlara başlayıb. Məlumata görə, son Norveç çempionatının gümüş mükafatçısının əsas qapıçısı Türkiyə klubuna keçdiyindən yeni mövsüm ərəfəsində qolkiper axtarışındadır. Hal-hazırda 25 yaşlı futbolçumuz əsas qapıçı kimi düşünülür.

 

Dünən Balayev Bude şəhərinə gedib. Bu gün onun məşqçi heyəti ilə görüşü gözlənilir. Belə görüşlər Norveçdə futbolçu ilə danışıqlarda ənənəvi qayda hesab olunur. Danışıqlar müsbət yekunlaşsa, futbolçu ilə ən azı bir mövsümlük müqavilə bağlanacağı və artıq bu həftə Balayevin yeni komandasında məşqlərə başlayacağı gözlənilir.

 

Xatırladaq ki, E.Balayevin son klubu Qazaxıstan “Tobol”u olub. Bu qış futbolçumuz qazaxlarla müqaviləni ləğv edib və hazırda azad agent statusu daşıyır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin