"Azərbaycanda işləmək istəyirəm" - Canni De Byazi

Sportarena.az      27 Fevral 2020 , 15:02

"AFFA-dan mənimlə əlaqə saxlayıblar. Millinizə başçılıq etməklə bağlı təklif almışam".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report" agentliyinə açıqlamasında Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Canni De Byazi deyib.

 

İtaliyalı mütəxəssis hazırkı məqamda təyinatı ilə bağlı dəqiq bir şeyin olmadığını bildirib: "Əslində qeyri-rəsmi məlumatları şərh etməyi xoşlamıram. Həyatımda heç vaxt bunu etməmişəm. Yalnız konkret faktlar barədə danışıram. Təyinatın nə vaxt gerçəkləşəcəyi mənə aid məsələ deyil. Nə vaxt baş məşqçi təyin olunsam, sizə də məlumat verəcəyəm. Amma onu deyim ki, yığmanızda çalışmaq istərdim. Niyə də olmasın?!"

 

63 yaşlı mütəxəssis uzun illər Albaniya millisinin formasını geyinmiş "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ilə Azərbaycan yığması barədə danışmadığını söyləyib: "Ansi mədəni insandır, həm əla oğlan, həm də yaxşı futbolçudur. Onunla çox şey haqqında danışmışam. Amma Azərbaycan barədə söhbətimiz olmayıb".

 

Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı Avropa çempionatına vəsiqə qazanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin