Renat Dadaşov "Tottenhem"ə iki qol vurdu - VİDEO

11:03 3 Mart 2020

İngiltərə Premyer Liqa 2-də 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası səfərdə “Tottenhem"li həmyaşıdlarına 2:3 hesabı ilə uduzub.Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib. 

 
Qeyd edək ki, “Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

 

 


Xəbər xətti