"Xəzər Lənkəran"ın çempionatda iştirakı AFFA-ya xoş deyil" - AÇIQLAMA

19:12 3 Mart 2020

AFFA İntizam Komitəsi U-17 Liqasında çıxış edən "Xəzər Lənkəran"ın baş məşqçisi Ağadadaş Həmidovu 20 oyunluq cəzalandırıb.O, "Qarabağ"ın 6:1 hesablı qələbəsiylə bitən matçın gedişində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

 

AFFA-nın yaydığı açıqlamada bildirilir ki, lənkəranlı mütəxəssis qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib və ayaqla zərbə endirib.

 

Sportarena.az xəbər verir ki, Ağadadaş Həmidov hadisə barədə bunları deyib: "Mən hələ də başa düşə bilmirəm ki, niyə belə qərar verilib.Yan xətt hakimləri nə danışdıqlarını bilmirlər. Adi epizodda bildirdiyim kiçik bir irada görə yetirmələrimin yanında mənə qarşı çox hörmətsizcə cavab verdi. Mən də onu təhqir etdim, amma vurmaq söhbəti kökündən yalandır."Xəzər Lənkəran"ın direktoru da mənəm, baş məşqçisi də. Bütün çətinliklərə rəğmən, çempionatda iştirak etməyə çalışırıq.Görünür, əsas komandamız kimi, bizlərin də yaşaması, çempionatda iştirakı AFFA-ya xoş deyil. Sizin vasitənizlə AFFA-dan haqqımda verilən sərt qərara yenidən baxılmasını və ədalətli qərar verilməsini xahiş edirəm" (sportinfo.az).


Xəbər xətti