Voleybol üzrə Azərbaycan çempionatı dayandırıldı

Sportarena.az      4 Mart 2020 , 17:26

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

 

Sportarena.az Voleybol Fderasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

 

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin