Azərbaycan millisi koronavirusa görə yarışa gedə bilmədi

10:12 5 Mart 2020

Mərakeşin paytaxtı Rabatda 6 - 8 martda keçirilməsi planlaşdırılan cüdo üzrə Qran-pri turniri ləğv olunub.

 

Sportarena.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasının yayılmasıdır.Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

 

IJF gözlənilməz qərarla bağlı üzr istəyib. Yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.


Xəbər xətti