UEFA-dan yeni qadağa: Salamlaşmaq olmaz

11:09 9 Mart 2020

UEFA oyunlardan öncə ənənəvi salamlaşma mərasimini qadağan edib.

 

Sportarena.az xəbər verir ki, yeni qərara qədər UEFA bayrağı altında keçirilən bütün turnirlərdə futbolçuların və hakimlərin görüşməsinə icazə verilməyəcək. Çempionlar Liqası və Avropa Liqasının oyunları da siyahıya aiddi.

 

Qərar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında qəbul olunub. Digər protokol qaydalarında indilik dəyişikliklərin nəzərdə tutulmadığı bildirilib.


Xəbər xətti